AZ

AFFA beş qırmızı vərəqənin göstərildiyi oyunla bağlı qərar verdi

Azərbaycan çempionatının Əvəzedicilər liqasının XXXI turun "Zirə-2" - "Neftçi-2" oyununda baş verənlərə hüququ qiymət verilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, AFFA-nın İntizam Komitəsi 5 qırmızı vərəqənin göstərildiyi matçın günahkarlarını cəzalandırıb.

"Zirə-2"nin 52-ci dəqiqədə rəqibi təhqir edən futbolçusu Ramin Abdullayev 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib. Onun komanda yoldaşı Vüsal Əliyev 90+8-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 matçlıq cəza alıb, komandası 50 manat ziyana düşüb.

"Neftçi-2"nin 30-cu dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alan futbolçusu David Orucov 1 oyun diskvalifikasiya olunub, 50 manat cərimə edilib.

Onun komanda yoldaşları Fərid Səfərli 75-ci, İbrahim Novruzov 78-ci dəqiqədə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu üçün 3 oyunluq cəzaya layiq görülüb. "Neftçi-2" onların hərəsinə görə 200 manat ödəyəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
Mənbələr
Şərh ()
Bağla