AZ

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

26 aprel Yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi Mir Cəlal Paşayevin doğum günüdür.Mir Cəlal Paşayev 1908-ci ilin bu günündə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində anadan olub. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçib. 1918-ci ildə atası vəfat edib, böyük qardaşının himayəsində yaşayıb. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra (1924–1928) Gəncə Darülmüəlliminə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik edib. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləyib.1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirib, 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülüb. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik edib. Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi alıb. Görkəmli nasir Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və s. kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.Yazıçı "Sağlam yollarda", "Dirilən adam", "Bostan oğrusu", "Axundun iştəhası", "Gözün aydın", "Füzulinin poetik xüsusiyyətləri", "Bir gəncin manifesti", "Xalqın ürək sözü" , "Vətən" , "Yeni kəndin adamları" və s. əsərlərin müəllifidir."Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" (1944) medalları, "1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" (1948), "Qırmızı əmək bayrağı" (1967), "Oktyabr inqilabı" (1978) və iki dəfə "Şərəf nişanı" (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunub.1978-ci il sentyabrın 28-də vəfat edib, ikinci Fəxri Xiyabanda dəfn olunub. Bakı küçələrindən birinə onun adı verilib.Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla