AZ

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib - FOTOLAR

Aprelin 15-dən 23-dək Aqrar Sığorta Fondunda bitkiçilik və heyvandarlıq mütəxəssisləri üçün aqrar sığorta təlimləri keçirilib.

Fonddan FED.az-a bildirilib ki, yerli və türkiyəli ekspertlərin iştirakı ilə keçirilən təlimlərə 60-a yaxın yerli mütəxəssis cəlb olunub. Təlimlər risk qiymətləndirməsi, sığorta hadisəsinin araşdırılması, zərəri müəyyən etmək, Aqrar Sığorta İnformasiya Sistemində iş və rəylərin yazılması kimi məsələləri əhatə edib.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemində aqrar sığorta ekspertləri mühüm yer tutur. Ekspertlər sığortalanan təsərrüfatlara baxış keçirir, eləcə də sığorta hadisəsi baş verdikdə səbəbini araşdırır və zərəri hesablayırlar.

Təsərrüfatlarının sığortalanması və zərərin ödənilməsi ilə bağlı qərarlar müstəqil aqrar sığorta ekspertlərinin rəyi ilə qəbul edilir.

Son illər Azərbaycanda aqrar sığortaya marağın böyüməsi – sığortalanan təsərrüfatların sayının kəskin artması, eləcə də iqlim dəyişiklikləri nəticəsində sığorta hadisələrinin çoxalması ilə aqrar sığorta ekspertlərinə tələbat da yüksəlib.

Təlim prosesinin praktik hissəsi “Grand Agro” şirkətinin əkin sahələrində - zeytun bağlarında keçirilib. Burada mütəxəssislər sahəvi koordinatlarla işləmək, məhsuldarlığın və hadisə nəticəsində dəymiş zərərin hesablanması, əkin sahəsinə baxış keçirilməsi kimi mövzularla tanış olublar.

Təlimlərin yekununda iştirakçılar müvafiq ədəbiyyatla təmin ediliblər.

Qeyd edək ki, təlimləri uğurla bitirən mütəxəssislər, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahana qatılacaq. İmtahanda uğurlu nəticə göstərən şəxslərə müstəqil aqrar sığorta eksperti statusu və müvafiq sertifikat veriləcək.

Həmin ekspertlər Azərbaycan Mərkəzi Bankının müvafiq reyestrinə daxil edilərək fəaliyyətə başlayacaqlar.

AqrarAqrarAqrarAqrarAqrarAqrarAqrarAqrarAqrarAqrarAqrarAqrar
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
fed.az

3Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh