AZ

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum qlobal tədbirdən öncə rəsmi Bakının mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, xüsusilə diqqətin təhlükəsizlik faktoruna fokuslanması baxımından əhəmiyyətlidir. Çünki Azərbaycanın COP29 kimi nəhəng tədbirə ev sahibliyi etməsində iki önəmli amil var: birincisi, beynəlxalq tədbirlərin keçirilməsi təcübəsidir, ikincisi ölkədə təhlükəsizlik mühitidir. Prezidentin mesajlarının ümumi məğzi də həm ölkəmizdə, həm regionda təhlükəsizliyin olması haqda idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum haqda deyib.

A.Camal qeyd edib ki, bəzi qüvvələr, xüsusilə Qərb ölkələri Azərbaycan-Ermənistan münasibətləri fonunda Cənubi Qafqazda sabitliyin olmadığı rəyini yaradır, regionun təhlükəsizliyinə təhdid xarakterli addımlar atır:

“Bu addımların indi atılmasının hədəflərindən biri də COP29 tədbirindən öncə bölgəni qarışdırmaq, eləcə də qlobal tədbirə ev sahibliyi edəcək Azərbaycana dəstəyi azaltmaqdır. Bu ölkələrdə biri kimi Fransanın adını çəkə bilərik. Fransa xarici işlər naziri Stefan Sejurne bu ayın əvvəlində ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdə dolayısı ilə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsinə qarşı çıxmışdı. Beynəlxalq ictimai rəyin manipulyasia edilməsi cəhdləri fonunda belə bir forumun keçirilməsi və Prezident İlham Əliyevin çıxışında verdiyi mesajlar olduqca vacib idi”.

Politoloq vurğulayıb ki, Prezidentin Cənubi Qafqazda sülhün heç olmadığı qədər yaxın olduğu və COP29-a qədər Ermənistanla baza prinsipləri üzərindən anlaşmanın imzalanmasının mümkünlüyü haqda dedikləri beynəlxalq ictimai rəyi bölgə ilə bağlı doğru məlumatlandırmaq məqsədi daşıyırdı.

Onun sözlərinə görə, dövlət başçısının Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı silahlandırması haqda mesajı da beynəlxalq ictimaiyyətə Cənubi Qafqazda sabitliyi pozan, təhlükəsizliyə təhdid yaradan ölkələrin açıq mətnlə göstərilməsinə hesablanmışdı:

“Təbii ki, Prezidentin bu mesajı həm də Azərbaycanın özünümüdafiə məqsədilə ata biləcəyi addımlarla bağlıdır. Dövlət başçısı üçüncü ölkələrin regiondakı planları üçün forpost olan İrəvana bildirdi ki, Azərbaycana qarşı təhdid yaranacaqsa, cavabında ağır nəticələrlə üzləşəcək. O cümlədən, Prezident Ermənistana ilk güllə atılanda qaçacaq Avropa Birliyinin müşahidə missiyasına güvənməməyi də tövsiyə etdi”.

A.Camal Prezidentin Cənubi Qafqazın gələcəyi ilə bağlı dediklərinin bölgədə sülh üçün “Yol xəritə”si olduğunu bildirib:

“Bu “Yol xəritə”sinin nədən ibarət olduğu ortadadır. Ermənistan bir daha qayıtmamaq şərti ilə revanşizmdən əl çəkməli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyanı dəyişdirməli, rəsmi Bakının əvvəldən təklif etdiyi baza prinsiplərinə uyğun sülh sazişi imzalamalıdır. Bu ədalətli yanaşmadır. Bu kontekstdə Prezidentin “ideal vəziyyət o ola bilər ki, bir gündə iki saziş imzalanar - Azərbaycanla Ermənistan arasında sülh sazişi və Ermənistanla Türkiyə arasında bütün kommunikasiyaların açılması ilə normallaşma sazişi” sözləri xüsusilə diqqət çəkdi. İstisna deyil ki, Ermənistanla danışıqlarda eyni gündəliyə malik olan Bakı və Ankaranın belə bir planı var. Prezidentin “Bu, həm də Türkiyə Prezidentinin mövqeyidir” sözləri Ərdoğanın da bu planı dəstəklədiyi deməkdir. Əslində Ermənistan üçün bölgədə mövcud olmaq perspektivi də bundan asılı olacaq. Ermənistan Azərbaycanla sülh sazşini və Türkiyə ilə normallaşma razılaşmasını eyni vaxt imzalayarsa, bu ökənin davam etmək, yaşamaq şansı qalacaq. Eyni zamanda, regional layihələrdə iştirakla böyük iqtisadi qazanc əldə edəcək. Prezidentin Ermənistanın Azərbaycan qazını ala bilməsi imkanı, Naxçıvana qaz kəmərinin Ermənistandan keçməsi, eləcə də digər layihələrin bu ölkə üzərindən icra edilməsi ilə bağlı dedikləri İrəvana Bakının haqlı şərtləri çərçivəsində sülh sazişinə razı olacağı təqdirdə nələr qazana biləcəyinin mesajı idi. İndi seçim Ermənistanındır: ya sülhdən yana olub qazanc əldə edəcək və regionun bir parçasına çevriləcək, ya da üçüncü tərəflərin bölgədəki maraqlarına alət olaraq, sülhdən imtina edəcəklər, bu halda “dalan ölkə” kimi yox olmaq perspektivi ilə üzləşəcəklər. Prezident İlham Əliyev Ermənistana seçim imkanı təqdim edir”.


Müəllif: Teleqraf.com
Seçilən
113
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25997
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16814
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16808
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14374
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13943
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11359
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11007
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10624
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9999
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9316
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7150
Səidə Sultan klipi üçün lüt soyundu
7080
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6133
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5906
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5546
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5153
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4894
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4540
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4178