AZ

Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər də analoji və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Feyzi Məhərrəmov saxlanılıb.

525.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
13
Mənbələr
Şərh ()
Bağla