AZ

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə - HƏRRAC KEÇİRİLƏCƏK

18 aprel 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin (Sizin Lombard brendi) ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, 29 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12%, ödəmə periodu hər ayda bir dəfə, tədavül müddəti 5 ildir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

 

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla