AZ

İsrail Livanda Hizbullah obyektlərinə zərbə endirib

İsrail hərbi qüvvələri gecə saatlarında şiə Hizbullah təşkilatının Livandakı silahlı qanadı hədəflərinə yeni silsilə hücumlar həyata keçirib.














Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.






Mətbuat xidmətinin məlumatına görə, gecə saatlarında Livan tərəfdən İsrailin şimalındakı Har Dov dağı istiqamətində tank əleyhinə raketlərin iki buraxılışı qeydə alınıb. Buna cavab olaraq İD-nin tankları və artilleriyası hücum nöqtələrinə atəş açıb.






Bundan əlavə, İsrail hərbçiləri Livanın cənubundakı Şabaa yüksəkliklərində atış meydançasına zərbə endirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
28
Mənbələr
Şərh ()
Bağla