Moskvanın Tverskoy Rayon Məhkəməsində Rusiya Ordusunu gözdən salmaqda təqsirləndirilən bloger Nastya İvleyevanın işi üzrə məhkəmə prosesi başlayıb.
Milli.Az olay-a istinadən bildirir ki, bu barədə StarHit nəşri məlumat yayıb. Məhkəmədə iştirak etməyən İvleyeva Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmaq maddəsi ilə inzibati işdə cavabdeh olub. O, İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə əsasən 50 min rubla qədər cərimə ala bilər.
Polis instaqramda "yenidən dərc edilən" paylaşımlara görə blogerə qarşı protokol tərtib edib. 24 fevral və 1 mart 2022-ci il tarixlərində İvleyeva xüsusi hərbi əməliyyata qarşı çıxış etdiyi və Rusiya hakimiyyətini dayandırmağa çağırdığı iki paylaşım edib. 2023-cü ilin dekabrında qalmaqallı "çılpaq məclisdən" sonra qız onları öz lentindən gizlədib, lakin sonra yazıları yenidən hər kəsə əlçatan vəziyyətə gətirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun