AZ

Nigeriyada 119 məhbus həbsxanadan qaçıb

Nigeriyanın Niger əyalətində leysan və fırtına səbəbilə həbsxananın bir hissəsinin uçması nəticəsində 119 məhbusun qaçdığı bildirilib.

525.az xəbər verir ki, Federal Paytaxt Ərazisi (FCT) Həbsxanasının sözçüsü Adamu Duza verdiyi yazılı açıqlamada dünən Nigerin Suleja bölgəsindəki leysan yağış və fırtınanın həbsxananın bir hissəsinin çökməsinə səbəb olduğunu bildirib.

Həbsxanada olan 119 məhbusun bu səbəbdən qaçdığını qeyd edən Duza, təhlükəsizlik qüvvələrinin başlatdığı əməliyyat-axtarış tədbirləri ilə indiyədək 10 məhbusun yaxalandığını vurğulayıb.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2

4Mənbələr

Şərh ()
Bağla