AZ

Bakcell Şuşada mağaza açacaq - Klaus Müller

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Bakcell" şirkəti Şuşa şəhərində mağaza açacaq.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin Baş İcraçı Direktoru Klaus Müller deyib.

"Azad edilmiş ərazilərdə ilk mağazamızı Xankəndidə açdıq. Şuşa Azərbaycan üçün çox önəmli bir ərazidir. Biz də bu dövrün bir hissəsinə çevrilmək və Azərbaycanın hər guşəsində olmaq istəyirik", - deyə K.Müller bildirib.

Qeyd edək ki, "Bakcell" 3 milyondan çox abunəçini mobil şəbəkəsi ilə təmin edir. Şirkət "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Fuad Mədətov
Fins.az

Seçilən
10
4
1

1Mənbələr

Şərh ()
Bağla