AZ

Azərbaycan-Almaniya münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Müəllif: Elvin Səxavətoğlu

Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır.

Almaniya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevral tarixində qurulub.

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətt üzrə inkişaf edib.

Heydər Əliyev 1-4 iyul 1996-cı il tarixində Almaniyada rəsmi səfərdə olub. Prezident İlham Əliyev isə bu ölkəyə 14 səfər (2 rəsmi, 12 işgüzar) edib. Almaniya kansleri Angela Merkel isə 2018-ci ildə Azərbaycana rəsmi səfərə gəlib.

İki ölkə xalqları arasında da sıx əlaqələr mövcuddur.

XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıblar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

Bakı və Berlin arasında iqtisadi əlaqələrin inkişafı da dövrün tələblərinə uyğundur. Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqiyyat, tikinti, ticarət və xidmət sektorları üzrə 249 Almaniya investisiyalı şirkət qeydiyyata alınıb. Almaniyadan Azərbaycanın neft-qaz sektoruna 53,4 milyon, qeyri-neft sektoruna isə 762,1 milyon dollar sərmayə qoyulub. Azərbaycandan Almaniyaya isə 569,7 mln. $ investisiya qoyulub (neft-qaz sektoruna - 6,1 mln. $, qeyri-neft-qaz sektoru - 563,6 mln. $).

2024-cü ilin yanvar ayında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 60 mln. $ (ixrac: 2,46 mln. $, idxal: 57,54 mln. $) təşkil edib.

Azərbaycan tərəfi Almaniya şirkətlərini və investorlarını Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında birgə investisiya layihələrində iştirak etməyə dəvət edib. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak ilə bağlı 2 Almaniya şirkəti müraciət edib.

Həmçinin Azərbaycan Almaniyanın əsas xam neft tədarükçülərindən biridir və Almaniyanın "UNIPER" şirkəti ilə uzunmüddətli təbii qaz tədarükünə dair müqavilə də mövcuddur. Bundan əlavə, Azərbaycan Almaniya Enerji Agentliyinin (DENA) şəhər enerji infrastrukturu üzrə regional dialoq platformasında, eləcə də ölkəmizdə davamlı enerjinin mənimsənilməsi sahəsində təmsil olunan alman şirkətləri ilə təmsil olunur.

Məlum olduğu kimi, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası-COP29 Tərəflərinin 29-cu Konfransını keçiriləcəkdir. Bu qlobal tədbirin hazırlanmasında Almaniya tərəfi ilə işləməyə hazırdır.

29 yanvar 2024-cü il tarixində AFR Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) və beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndə Cennifer Morqan Azərbaycana səfər etmiş və COP29 ilə bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, enerji naziri Pərviz Şahbazov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə görüşüb.

Almaniya tərəfinin 25-26 aprel 2024-cü il tarixlərində Berlin şəhərində Azərbaycanla birgə Petersberq İqlim Dialoqunu (PİD) təşkil etmək niyyəti baş tutub.

PİD Almaniya və COP-a ev sahibliyi edən ölkə tərəfindən birgə təşkil olunur və COP qabağı bir növ "əhval-ruhiyyənin barometri" hesab olunur. Indiyə kimi 14 konfrans keçirilmişdir, o cümlədən Meksika, Cənubi Afrika, Qətər, Polşa, Peru, Fransa, Mərakeş, Fici, Polşa, Çili, Birləşmiş Krallıq, Misir və BƏƏ. 2020-ci ildə COVID-19 səbəbindən COP26 təxirə salınsa da, təxminən 35 ölkənin nazirləri ilk dəfə yalnız rəqəmsal əsasda görüşüblər.

2024-cü ildə keçiriləcək COP29 tədbirindən gözləntilər bu vaxta qədərki bütün tədbirlərdən daha yüksək olacaqdır. Bu kontekstdə, COP29 tədbirinə hazırlıq məqsədi daşıyan PİD-ə də maraq həmişəkindən daha yüksək olacaqdır. Səfər zamanı Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüş keçiriləcəkdir.

Göründüyü kimi, Azərbaycan həm Avropa, həm Asiya, həm də Afrika ölkələri ilə bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
day.az

10Mənbələr