AZ

Nərimanov rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Amil Xudiyev, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, ərazi partiya təşkilatının sədri Əli Məmmədov və digərləri Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirdiyini deyiblər. Qeyd olunub ki, onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu və sıralarında 800 min nəfərə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın bugünkü uğurlarına böyük töhfə verdiyi və yeni hədəflərə doğru inamla irəlilədiyi qeyd olunub. Vurğulanıb ki, Öndər Heydər Əliyevin siyasi varisi, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəni tərəqqiyə, möhtəşəm Zəfərə çatdırıb.
Amil Xudiyev Azərbaycanda idmanın inkişafı və gənclər siyasətinin də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib, bu istiqamətdə qazanılan uğurlardan bəhs edib.
Tədbirin sonunda rayonun ictimai-siyasi fəaliyyətində fərqlənən partiya fəallarına təşəkkürnamə, partiya sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17152
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15459
Səidə Sultan klipi üçün lüt soyundu
11952
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10627
Faiq Sadıqov
9651
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9489
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6079
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5958
Gənc aparıcı vəfat etdi - FOTO
5845
10 yaşlı uşağın faciəvi ölümü
5568
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5530
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5483
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
5037
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4677
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4378
Ruslan Müşfiqabadlının anası vəfat edib
4013
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3486
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3302
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3294