“Avropa Vaşinqtonun vassalı olmadığını nümayiş etdirməyi bacarmalıdır”. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Sorbonnda Avropanın gələcəyi ilə bağlı çıxışı zamanı deyib. “Biz ABŞ-nin vassalı olmadığını göstərə bilən və hamı ilə ünsiyyət qura bilən Avropa qurmalıyıq”, - Makron bildirib.