AZ

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Bakı. Trend:

Cənubi Koreyanın “LG Electronics” texnoloji şirkəti qlobaliqtisadi qeyri-müəyyənliklər səbəbindən ilin birinci rübündəəməliyyat mənfəətində ikirəqəmli azalmaya məruz qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin əməliyyatmənfəəti yanvar-mart rübündə əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 10,8 faiz azalaraq, 973,2 milyon dollar təşkil edib.

Bununla belə, mənfəət göstəricisi təxminən 922,4 milyon dollarhəcmində proqnozlaşdırılan bazar gözləntilərini üstələyib.

Kompaniyanın gəliri 3,3 faiz artaraq, 15,3 milyard dollar olubvə bu, şirkətin tarixində ən yüksək birinci rüb gəliri kimi qeydəalınıb. Xalis gəlir isə 7,1 faiz artaraq, 425,2 milyon dollaraçatıb.

Məişət texnikası bölməsi üç ayda 6,2 milyard dollar gəlirlə682,9 milyon dollar, avtomobil komponentləri biznesi isə 1,9milyard dollar gəlirlə 37,8 milyon dollar əməliyyat mənfəəti əldəedib. Bu, ötən ilin eyni rübünə nisbətən 11,5 faiz artımdeməkdir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2

1Mənbələr

Şərh ()
Bağla