2024-cü ilin 1-ci rübündə banklar tərəfindən 311.5 milyon manat xalis mənfəət, 444.6 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Cari ilin yanvar-mart aylarında banklar tərəfindən ümumilikdə 72.9 milyon manat məbləğində mənfəət vergisi (2023-cü ilin müvafiq dövründə 68.4 milyon manat) ödənilmişdir.