AZ

Şizofreniya xəstəsi 12 yaşlı uşağı bıçaqladı - TƏFƏRRÜAT

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub. “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın İsrayıl Cəfərzadə, 12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Sərkar Məmmədov (soyadlar şərtidir) Atatürk liseyinin 6-cı sinif şagirdi, 2012-ci il təvəllüdlü Ömər Əliyevi bıçaqlayıb.

 

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, Ömər nadinc uşaqdır. Dəfələrlə onun məhəllədəki azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etdiyini görüb. Sərkar Ömərin onların məhəlləsinə gəlməsindən qəzəblənib və bıçaqla ona xəsarət yetirib. Daha sonra isə könüllü olaraq polisə təslim olub. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, psixi xəstəliyi var və əvvəllər Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində müalicə alıb.

 

Şahidlər də məhkəmədə verdikləri ifadələrində Sərkarın Öməri bıçaqladığını təsdiqləyiblər.


Məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunub ki, təqsirləndirilən şəxsə paranoidal şizofreniya diaqnozu qoyulub:

 

“O, cinayət əməlini törədən zaman paranoidal şizofreniya xəstəliyindən əziyyət çəkib. Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir”, - deyə ekspertiza rəyində bildirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.2.3-cü və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən Sərkar Məmmədov nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Tarix: 25 Aprel 2024, 14:14   
Seçilən
167
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16952
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14671
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10372
Səidə Sultan klipi üçün lüt soyundu
9605
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9335
Faiq Sadıqov
9003
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5969
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5935
Gənc aparıcı vəfat etdi - FOTO
5704
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5443
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5405
10 yaşlı uşağın faciəvi ölümü
5321
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4914
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4238
Ruslan Müşfiqabadlının anası vəfat edib
3730
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3350
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3215
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3068