AZ

Xalq artisti Kamran Ağabalayevi debata çağırdı: “Siz söyüşlə danışırsınız”

“Kamran Ağabalayev, siz ekranda söyüşlə danışırsınız”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Əli Nur aktyor Kamran Ağabalayevin “tənqidə hər zaman açığam, elə uşaqlar da, həmçinin, amma oynadığı səkkiz filmdə səkkiz dəqiqə ekran vaxtı olan biri üçün deyil əziyyətimizi yerə vurmaq” fikirlərinə münasibət bildirərkən deyib.

Əli Nur hesab edir ki, filmlərdə Azərbaycan mədəniyyətini təhqir edən, alçaldan sözlər işlətmək cinayətdir:

“Mənə jurnalistlərdən biri zəng edib dedi ki, Əli müəllim, belə bir film çəkilir, orada əxlaqsızlıqdan, fahişəlikdən danışılır, vulqar ifadələr işlədilir. Belə bir hala münasibətiniz necədir? Dedim ki, bu ədəbsizlikdir. Filmdə, ədəbiyyatda belə jarqonlu sözlər işlətmək qadağandır. Onu əvəz edən ləyaqətli sözlər var. Tamaşaçıya həmin sözlər çatdırılmalıdır. Belə açıq-saçıq sözlər kimə lazımdır? Bu eybəcərlikdir. Bunu demişəm. Kamran Ağabalayev, sən kimsən? Sənin kimi viruslar, sənin kimi parazitlər Azərbaycan mədəniyyətinin gəmiricisidir. Azərbaycan mədəniyyətini təhqir edib, alçaldan filmlərlə məqsədiniz nədir? Bu, cinayətdir”.

Əli Nur Kamran Ağabalayevi debata çağırıb:

“Gəl üzbəüz oturaq, sənin dilini çəkib, qoparım yerindən. Sən mədəniyyətin nə olduğunu bilmirsən. Filmdə açıq-aydın qadınları-qızları lüt göstərirsən, fahişəliyi təbliğ edirsən. Sənin etdiklərinin sənətə heç bir dəxli yoxdur. Mədəniyyət böyük şöhrətlə, ləyaqətlə xalqa təqdim edilən böyük bir tribunadır. Amma siz ekranda söyüşlə danışırsınız. Azərbaycan xalqının mədəniyyəti böyükdür. Bu mədəniyyət tarix boyu insanlara xidmət edib, xalqı, kütləni millət edib”.

Qeyd edək ki, Xalq artisti Əli Nur çıxışlarının birində aktyor və ssenarist Əlixan Rəcəbovun “Alatava” serialını tənqid edib:

“Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbilik olur, bu isə həyasızlıqdır”.

Sözügedən filmdə rol alan aktyor Kamran Ağabalayev isə onun fikirlərinə cavab verib. Aktyor - “tənqidə hər zaman açığam, elə uşaqlar da, həmçinin, amma oynadığı səkkiz filmdə səkkiz dəqiqə ekran vaxtı olan birinin başı üçün deyil əziyyətimizi yerə vurmaq. Amma eybi yox, başı üçün olmayanların yaşına hörmət etməyi çox şükür bilirik”, - deyə bildirib.

Seçilən
111
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19786
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19062
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18119
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17431
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16079
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15933
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15816
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15191
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11693
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8785
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7870
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7503
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7503
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7306
Minimum əmək haqqı nə qədər arta bilər?
7001
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6834
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6067
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696