AZ

7 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxacaq.

Qadınlardan Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq.

Bizim.Media
 

Seçilən
43
9
Mənbələr
Şərh ()
Bağla