AZ

PKK-nın Almaniyadakı lideri İstanbulda ələ keçirildi

PKK-nın Almaniya strukturunun rəhbəri Saim Çakmak ələ keçib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı təhlükəsizlik mənbələri yayıb.

Məlumata görə, Çakmak Türkiyə Kəşfiyyatı (MİT) və İstanbul bölgə Təhlükəsizlik İdarəsi qruplarının keçirdiyi birgə əməliyyat zamanı İstanbulda tutulub.

Terror təşkilatının xarici fəaliyyətlərində fəal iştirakı təsbit edilən Çakmak polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilib.

Onun barəsində həbs qətimkan qərarı çıxarılıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
7
bizim.media

8Mənbələr

Şərh ()
Bağla