AZ

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.

Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun cavab oyunu çərçivəsində "Neftçi"ni 4:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanmaları barədə danışarkən deyib.

Mütəxəssis futbolçulara gələn təkliflər barədə danışıb: "Hazırda bir sıra futbolçuların komanda ilə müqaviləsi var. Bunlardan biri də Olavio Juninyodur. Onun klubda qalmağını çox istəyirəm. Bu barədə mövsümün sonunda danışmaq olar".

O, Musa Qurbanlının "Qarabağ"a qayıtmaq mövzusunun gündəmdə olmadığını söyləyib: "Hazırda bütün diqqətimizi komandaya yönəltmişik. Transfer dövrü gəldiyi zaman bunun haqqında danışa bilərik".

AFFA İcraiyyə Komitəsinin üzvü olan Q.Qurbanov Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müsbət nəticə verəcəyini söyləyib: "Düzdür, klub sayının çox olması yaxşıdır, lakin keyfiyyət də önəmlidir. İcraiyyə Komitəsində bu məsələnin müzakirə olunması barədə məlumat yoxdur. Ancaq dediyim kimi, komanda sayı artsa, bölgə futboluna da müsbət təsir göstərə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
16
Mənbələr
Şərh ()
Bağla