AZ

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyinin Uruqvay Şərq Respublikasındakı diplomatik nümayəndəliyi tərəfindən Uruqvayın “El País” qəzetində Ermənistan səfirliyinin ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlarına cavab verilib.

Bu barədə Publika.az-a səfirlikdən məlumat verilib. Bildirilib ki, aprelin 24-də Uruqvayın ən nüfuzlu mətbu orqanlarından biri olan “El Pais” qəzetində Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkilinin “Ermənistan səfirliyi erməni soyqırımının 109-cu ildönümünü qeyd edir” adlı məqaləsində ölkəmiz əleyhinə səsləndirilmiş əsassız ittihamlara cavab verilib.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxladığı, BMT-nin müvafiq qətnamələrini yerinə yetirmədiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, Ermənistanın “soyqırımı məsələsin”dən danışarkən Xocalıda törədilmiş faciəni xatırlamasının faydalı olacağı vurğulanıb, faciə və nəticələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, sözügedən faciənin dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanındığı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
publika.az

4Mənbələr

Şərh ()
Bağla