AZ

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Bakı, 24 aprel, AZƏRTAC

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları Qazaxıstanın Almatı şəhərində keçirilən və Mərkəzi Asiyanın aparıcı turizm sərgisi olan “KITF” turizm və səyahət sərgisində milli stendlə təqdim olunur.

92 kvadrat metr sahəni əhatə edən milli stenddə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotellər və turizm agentlikləri daxil olmaqla, ümumilikdə 9 sənaye tərəfdaşı təmsil edir. Sərgidə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B (Biznesdən biznesə) görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, milli mətbəxi, adət-ənənələri, mədəni irsi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılırlar.

Milli stendin ziyarətçilərinə Qafqaz dağlarının mənzərəli gəzinti marşrutları, ekoturlar, isti termal bulaqlara səfərlər, Azərbaycanda fəaliyyət göstərən müalicəvi kurortlara turlar daxil olmaqla, yerli turizm təcrübələri təqdim olunur.

Sərginin açılış günü ölkələrarası turizmin inkişafına həsr olunmuş panel sessiyasında Azərbaycan Turizm Bürosu milli nümayəndəlik qismində çıxış edib.

Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayı 16 522 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 135 faiz artım deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
azertag.az

3Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh