AZ

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Bakı. Trend:

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov iləƏlcəzair Xalq Demokratik Respublikası Milli Xalq AssambleyasınınMilli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluqqrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndəheyəti arasında görüş keçirilib.

Trend xəbər verir ki, görüşdə uzun tarixə malikAzərbaycan-Əlcəzair münasibətlərinin yeni mərhələdə inkişafındaenerji sahəsində əməkdaşlığın rolundan bəhs edilib.

“OPEC+”, GECF formatlarında, həmçinin iki ölkənin müvafiqnazirlikləri, eləcə də, SOCAR və “Sonatrach” şirkətləri arasındaəməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu əlaqələrin daha damöhkəmləndirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə ƏlcəzairXalq Demokratik Respublikası Hökuməti arasında neft və qazsahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası,qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və enerjisahəsində potensialın reallaşdırılması baxımından Birgə İşçiQrupunun fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb.

Birgə İşçi Qrupunun iyunda “Bakı Enerji Həftəsi” çərçivəsindəplanlaşdırılan ilk iclasının neft-qaz sahəsi ilə yanaşı, bərpaolunan enerji və enerji səmərəliliyi üzrə də əməkdaşlıq üçünimkanlar yaradacağı qeyd edilib.

Söhbət zamanı ikitərəfli əlaqələrin digər aspektləri üzrə dəfikir mübadiləsi aparılıb.

Azərbaycan-Əlcəzair
Azərbaycan-Əlcəzair
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
8
az.trend.az

5Mənbələr

Şərh ()
Bağla