AZ

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI

İnsanların əksəriyyətinin ən çox əziyyət çəkdiyi məqamlardan biri də saxta məhsullardır. Dünya statistikasına nəzər yetirsək, daha çox saxta siqaretlərin idxal olunduğunmu görərik.

Maraqlıdır, görəsən, saxta siqaretlər insan orqanizminə necə təsir edir?

Məsələ ilə bağlı həkim Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, istər kustar üsulla hazırlanmış, istərsə də adi siqaretlər olsun fərqi yoxdur, bütün tütün məmulatları insan orqanizminə zərərlidir:

“Tütün tüstüsündə qətrana bənzəyən maddələr var. Əsas xərçəng törədən maddələr də elə bunlardır. Yəni siqaret tüstüsü ziyanlıdır deyə, onun hansı şəraitdə hazırlanmasından asılı olmayaraq hər biri insan orqanizmi üçün təhlükəlidir. Siqaret çəkən insanlarda xərçəng riski 20 dəfə daha çoxdur”.

Bəs, saxta siqareti necə ayırd edə bilərik?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycanda 10 il bundan əvvəl tütün və tütün məmulatları haqqında qanun qəbul edilib:

“Bundan sonra qanunda dəfələrlə dəyişikliklər aparılıb. Təbii ki, bu dəyişikliklər insanların xeyrinə olub. Belə ki, siqaretlərin tək-tək, eləcə də məktəb və sağlamlıq müəssisələri yaxınlığında satışı qadağan olunmuşdu. Lakin bir çox qanunlar kimi bu qanun da ayaq altına atılıb. Siqaretlərin tək-tək satışı bu gün də davam edir. Hələ bu az imiş kimi bazara “vape” adlanan elektron siqaretlər də daxil olub. Bu məhsulların istifadəsi guya siqareti tərgitmək üçün nəzərdə tutulub. Lakin istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın verdiyi məlumata görə, bunların heç biri siqareti tərgitməyə kömək etmir. Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin, "vape"lərin sayı həddindən çoxdur. Əlbəttə ki, siqaretin bütün növləri zərərlidir. Lakin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin istifadəsi çox təhlükəlidir”.

O, fikirlərinə davam edərək həmçinin bildirib ki, Azərbaycan yeganə ölkələrdən biridir ki, marketə girəndə insanı birinci siqaretlər qarşılayır:

“Dünyanın bir çox ölkələrində siqaretlər mağazalarda satılmır. Təbii ki, bu yolverilməzdir. Qaçaqmalçılıq yolu ilə gətirilən siqaretin aksizi olmur və ya üzərində saxta aksiz markası olur. Təəssüflər olsun ki, siqaretin istifadəsinə qarşı kifayət qədər tədbirlər keçirilmir”.

Seçilən
138
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17087
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15249
Səidə Sultan klipi üçün lüt soyundu
11202
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10509
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9459
Faiq Sadıqov
9403
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6047
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5941
Gənc aparıcı vəfat etdi - FOTO
5799
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5499
10 yaşlı uşağın faciəvi ölümü
5489
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5454
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4986
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4675
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4351
Ruslan Müşfiqabadlının anası vəfat edib
3940
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3441
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3281
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3236