AZ

Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir - Səttar Möhbalıyev

Bakı. Trend:

Hazırda dünya ictimaiyyətini ciddi narahat edən məqamlardan biridə iqlim dəyişikliyidir ki, bu qlobal fəlakətin də acı və dağıdıcıfəsadları artıq özünü göstərməkdədir. Mineral yanacaqlardan genişistifadə, istixana qazlarının həcminin artması və nəticədətemperaturun yüksəlməsi gözlənilməz və ekstremal hava hadisələrinə,ağır təbii fəlakətlərə səbəb olur. Artıq, bəlkə də, hər günmüşahidə edirik ki, dünyanın müxtəlif yerlərində daşqınlar, sel,meşə yanğınları baş verir, quraqlıqlar isə tüğyan edir. Odur ki,iqlim dəyişikliyi ilə mübarizə dünya dövlətlərinin qarşısında duranbaşlıca vəzifə olmalıdır. Məlumdur ki, Azərbaycan dünya iləhəmrəylik nümayiş etdirərək bu istiqamətdə fəal iş aparan dövlətlərsırasındadır. Məsələn, dövlətimizin müəyyən etdiyi beş milliprioritetdən biri də təmiz ətraf mühit və yaşıl artımla bağlıdır vəbu istiqamətdə aparılan işlər də göz önündədir. BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasını Azərbaycanın təşkil etməsi, habelə 2024-cü ilinölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də busiyasətin bilavasitə davamıdır. Aprelin 23-də Bakıda - ADAUniversitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundabeynəlxalq forum keçirildi və dövlətimizin rəhbəri cənab İlhamƏliyev iştirakçıların suallarını cavablandırdı. ArtıqPrezidentimizin qlobal problemlər, regionda real vəziyyət, sülh vətəhlükəsizlik, eləcə də digər vacib məqamlarla bağlı dəqiq məlumatvə şərhlərinə, dəyərli fikirlərinə beynəlxalq mətbuatda geniş yerayrılıb. Cənab İlham Əliyev səlis nitqi, məntiqli və aydın çıxışıilə aktual məqamlara toxundu və iştirakçıların suallarınıcavablandırdı.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasındaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

“Sözsüz ki, belə beynəlxalq tədbirlərin ölkəmizdə təşkiliolunması ölkəmizin potensialının, iqtisadi-siyasi qüdrətinin, haqlıvə ədalətli mövqeyinin təbliği baxımdan olduqca vacibdir.Bildiyimiz kimi COP29 konfransına ev sahibliyi ölkəmiz üçün bu ilinən mühüm hadisəsidir. Forumda bunun önəminə toxunan Prezidentimizvurğuladı ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyükhörmət və dəstəyinin təzahürüdür. Ölkəmizdə beynəlxalqtəşkilatların onlarla müxtəlif mövzularda tədbirləri təşkil olunub,forumlar, konfranslar, habelə idman yarışları keçirilib vəAzərbaycan bu sahədə zəngin təcrübə əldə edib. Bütün göstəricilər,o cümlədən sabitlik, təhlükəsizlik, peşəkar təşkilatçılıq və s.baxımdan Azərbaycan bu aspektdə unikal ölkə hesab olunur. Odur ki,COP29-un yüksək səviyyədə təşkil olunacağı, gözləntiləridoğruldacağı heç kimdə şübhə doğurmur. Eyni zamanda Azərbaycan butədbirə təkcə ev sahibi yox, həm də tərəf kimi qatılacaq, mövqeyinisərgiləyəcək, təkliflərini verəcək”, - Milli Məclisin deputatıdeyib.

“Azərbaycan Prezidenti çıxışında ölkəmizin iqtisadi imkanlarınatoxundu. Məlumdur ki, dövlətimizin bugünkü inkişafı davamlı vədayanıqlı iqtisadi tərəqqi olmadan mümkün deyil. Məhz qazandığımızbütün nailiyyətlərin təməlində güclü və ən əsası tam iqtisadimüstəqillik dayanır. Son 20 ilin uğurlu statistik göstəriciləri,habelə bu gün Qarabağ və Şərqi Zəngəzurda heç kimdən yardım almadanaparılan tikinti-quruculuq işləri dediklərimizin sübutudur.Statistikaya qısa nəzər salaq: əgər 2003-cü ildə ümumi daxiliməhsulumuz 7 milyard dollar idisə, ötən ilin yekunlarına əsasən bu72 milyard ABŞ dollardır. Eləcə də 2003-cü ildə valyutaehtiyatlarımız 1,6 milyard dollar təşkil edirdisə, hazırda bu, 68,5milyard dollara yüksəlib. Baxmayaraq ki, biz dünyanı iflic edən,ağır iqtisadi böhranlara yol açan pandemiya dövründə yaşamışıq,böyük bir müharibədən keçmişik. Amma yenə də iqtisadiyyatımızdurmadan irəli gedib. Bu gün də heç kimdən asılı olmayan Azərbaycaninamla, uğurla inkişaf edir, öz iqtisadi qüdrətini durmadanartırır”, - AHİK sədri qeyd edib.

“Ölkə başçısının nitqində diqqət çəkən digər bir vacib məsələFransa, Hindistan və Yunanıstanın Ermənistanı bizə qarşısilahlandırmasına münasibət oldu. Aydın görürük ki, adıçəkiləndövlətlər açıq şəkildə bu əməlləri ilə aranı qatmağa, sülhprosesini əngəlləməyə çalışır, qarşıdurmaya yol açırlar. Təbii ki,belə həssas dönəmdə sülhü təşviq etmək əvəzinə, bu cür çirkinoyunlara əl atmaq məsuliyyətsiz və anormal addımdır. Həmindövlətlər, eyni zamanda onlarla həmrəy olan ölkələr qəti olaraqanlamalıdırlar ki, bu və digər bu kimi xoşagəlməz addımları, yersizbəyanatları və qarayaxma kampaniyaları ilə real vəziyyəti dəyişəbilməyəcəklər. Bunu 30 ilin təcrübəsi bir daha göstərir.Dəridən-qabıqdan çıxdılar, əllərindən gələni etdilər, bütün rollaragirdilər ki, işğalı rəsmiləşdirsinlər. Amma Prezident İlhamƏliyevin çəkdiyi diplomatik sipəri aşa bilmədilər. Ardınca birhəmlə ilə Ordumuz Ali Baş Komandanının rəhbərliyi altında həmindövlətlərin dəstək verdiyi işğalçı ordunun dizini yerə qoydu. Butəcrübədən dərs çıxarmaq əvəzinə, utanmadan özlərini “səxavətli”göstərərək yenə də Ermənistana silah ötürürlər. Prezidentimizinbuna cavabı isə birmənalıdır: “Əgər özümüzə ciddi təhdid görsək,biz ciddi tədbirlər görməli olacağıq”. Vəssəlam. Gedin oyun oynamaqüçün özünüzə başqa meydançalar axtarın. Cənubi Qafqazda çoxdanuduzmusunuz”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
6
az.trend.az

7Mənbələr

Şərh ()
Bağla