AZ

YAP Xətai rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib (FOTO)

Bakı. Trend:

Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayontəşkilatının N.Rəfiyev 66/1 ünvanı üzrə ərazi partiya təşkilatındagörüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri VüqarRəhimzadə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqilAzərbaycanın son üç ildən artıq dövrdə yaşadığı Zəfər sevincindən,yeni reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdəaparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, ölkəmizin sülhgündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimimöhkəmlənən mövqeyindən geniş bəhs edib. Bildirib ki, 2003-cü ildənHeydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlhamƏliyev təkmil islahatları, yeniliyi özündə əks etdirən siyasəti iləUlu Öndərin görmək istədiyi Azərbaycanı qurdu. O Azərbaycan ki bugün zəfərləri ilə dünyanın diqqətindədir. Ümummilli Liderin ənböyük arzusu, Şuşanı, bütövlükdə Qarabağı və Şərqi Zəngəzuru azadgörmək idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyikimi, biz Onun və bütün Azərbaycan xalqının, bütün dünyaazərbaycanlılarının arzusunu çin etdik.

Vüqar Rəhimzadə qeyd edib ki, üç il bundan öncə Azərbaycanıntarixi Zəfərə imza atması, ötən il ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4kəndinin geri qaytarılması barədə razılaşmanın əldə edilməsi vəsair kimi qürur doğuran zəfərlərimiz dövlətimizin uğurlu,düşünülmüş siyasətinin nəticəsidir. Tarixi ədalətə söykənən siyasətuğurların davamlılığında əsas amildir.

YAP Xətai rayon təşkilatının sədri ölkəmizin ictimai-siyasihəyatında aparıcı rol oynayan YAP-ın dünənin, bu günün və gələcəyinpartiyası kimi nüfuz qazanmasını şərtləndirən amillərə də diqqətiyönəldib. Bildirib ki, YAP yarandığı gündən tutduğu yola sadiqliyi,sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanıb. Bu günpartiya ölkəmizdə gedən bütün proseslərin mərkəzindədir. YAP nəinkiölkəmizin, bütövlükdə regionun aparıcı siyasi təşkilatıdır,ənənələri olan partiyadır. YAP sıralarını günbəgün kəmiyyət vəkeyfiyyət baxımından daha da genişləndirir. 1992-ci ildə 550nümayəndənin iştirakı ilə təsis konfransını keçirən partiyanınsıralarında bu gün 800 minə yaxın üzv birləşib. Bu, Heydər Əliyevideyalarına sadiqliyin, Prezident İlham Əliyevin siyasətinə inamınnümayişidir. Bu ilin 7 fevral tarixində keçirilən növbədənkənarprezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənabİlham Əliyevin qələbəsi həm Azərbaycanın, həm də partiyanın ötəndövr ərzində qazandıqları uğurların təqdimatı oldu.

Tədbirdə digər çıxış edənlər Yeni Azərbaycan Partiyasına xidmətetməyin dövlətə, xalqa xidmət olduğunu önə çəkərək bildiriblər ki,Ümummilli Liderin adı ilə bağlı olan partiyada təmsil olunmaq böyükşərəfdir. Bu gün YAP Ulu Öndər Heydər Əliyevin siyasi kursunuuğurla davam etdirən, artıq yeni dövrə qədəm qoyan Azərbaycanızirvələrə ucaldan Prezident İlham Əliyevin və Azərbaycanın Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səylərinəticəsində uğurla inkişaf edir, yeni-yeni hədəflərə doğru inamlaaddımlayır.

Sonda YAP Xətai rayon təşkilatının N.Rəfiyev 66/1 ünvanı üzrəərazi partiya təşkilatının sədri Xəzri Əmiraslanov 50 illikyubileyi münasibətilə təbrik edilib və rayon təşkilatının Fəxrifərmanı ilə təltif olunub.

YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlükvəsiqələri təqdim edilib.

YAP
YAP
YAP
YAP
YAP
YAP
YAP
YAP
YAP
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
az.trend.az

3Mənbələr

Şərh ()
Bağla