AZ

Musa Qurbanlı İsveç klubundan ayrılır

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı böyük ehtimalla mövsümün sonunda isveçin “Yurqorden” klubundan ayrılacaq.

Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Stokholm təmsilçisində əsas heyətə düşə bilməyən 22 yaşlı oyunçu yayda kollektivi tərk edəcək. Hətta “Yurqorden”in idman direktoru Bosse Andersson bu ayrılığın baş verəcəyini təkzib etməyib: “Musa Qurbanlının durumu yayda müzakirə edəcəyimiz məsələdi. Heç nəyi istisna etmirəm”.

Qeyd edək ki, Musa Qurbanlı 2026-cı ilin yayına qədər müqavilə ilə “Yurqorden”ə məxsusdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
18
msport.az

10Mənbələr

Şərh ()
Bağla