AZ

Bakının bu məktəbində şagirdlər təxliyə edildi - Təhlükəli anlar

Bakıda yerləşən 153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb. Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
publika.az

2Mənbələr

Şərh ()
Bağla