AZ

Bu günə qədər 1000-dən çox qurum Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanıb istismara təqdim edilən Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunan qurumların sayı artıb.

Fins.az xəbər verir ki, dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla altsistemə hazırda 1083 qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemindən istifadə etməklə qurumlar arasında ümumilikdə 500 mindən çox sənəd dövr edib. Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilib.  

Eyni zamanda altsistemin funksionallığı genişləndirilərək sənədlər üzrə qurumlararası məlumatlandırma imkanı yaradılıb. Bu funksionallıq ilkin mərhələdə Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində tətbiq edilib, digər qurumlarda tətbiqi üzrə işlərə başlanılıb. Yeni funksionallıqların tətbiqi sayəsində Rəqəmsal Sənəd Dövriyyəsi üzərindən göndərilən sənədlər üzrə komunikasiyanın daha effektiv aparılması təmin ediləcəkdir. Belə ki artıq göndərilən sənəd üzərindən yazışma aparılma funksionallığı təqdim olunur ki, bununla da qarşı tərəfdən sənədin statusu, ləğvi və digər proseslərlə bağlı məlumat almaq imkanı yaradılır. 

Qeyd edək ki, Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli fərmanına əsasən hazırlanıb. “Kağızsız Hökumət”ə keçid çərçivəsində tətbiq edilən altsistem dövlət orqanları (qurumları) arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılmasına xidmət edir.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
fins.az

2Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh