AZ

Rәcәb Tayyib Әrdoğan Frank-Volter Ştaynmayerlә görüşәcәk

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Volter Ştaynmayerlə görüşəcək.

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda  bildirilib. Məlumata görə, görüş Prezident İqamətgahında baş tutacaq.

Görüşdə Türkiyə ilə Almaniya arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görüləcək işlər qiymətləndiriləcək.

Görüşlərdə həmçinin İsrailin Fələstin ərazilərinə hücumları və bölgədəki son vəziyyət, Ukrayna ilə Rusiya arasında davam edən müharibə, Türkiyə-Avropa İttifaqı münasibətləri, qlobal və regional problemlər müzakirə olunacaq.



Seçilən
102
3
Mənbələr
Şərh ()
Bağla