AZ

Məhkəmə Şoyqunun müavini barəsində 2 aylıq həbsqərarı verib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Məhkəmə Rusiya Müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Xezerxeber.az xəbər verir ki, aprelin 23-də rüşvət almaqda şübhəli bilinərək saxlanılan İvanov istintaq təcridxanasına göndərilib.

Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) saxlanılıb.

Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-2016-cı illərdə - "Oboronstroy" ASC-nin baş direktoru, 2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.

 

 

Seçilən
96
8
Mənbələr
Şərh ()
Bağla