AZ

İlkin səhiyyə xidməti təkmilləşdirilir - Koordinasiya qrupu yaradıldı

Bakı. Trend:

Ölkədə ilkin səhiyyə xidmətinin səmərəli təşkili, xəstəliklərinerkən mərhələdə aşkarlanması və vaxtında müalicənin aparılmasıistiqamətində zəruri tədbirlər həyata keçirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilənməlumata görə, görülən işlərin davamı kimi ilkin səhiyyə xidmətinintəkmilləşdirilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə yenilayihəyə start verib. Layihənin icrası məqsədilə hər iki qurumunmütəxəssislərindən ibarət Koordinasiya qrupu yaradılıb.

Layihənin məqsədi əhaliyə əlçatan, keyfiyyətli, əhatəli vəpasiyentyönümlü tibbi xidmətin göstərilməsidir. Belə ki, layihəninicrası ən ucqar nöqtələrdə belə vətəndaşların fasiləsiz tibbixidmət almasına imkan yaradacaq. Eyni zamanda layihə ilkin səhiyyəsahəsində maliyyə resurslarından səmərəli istifadəyə və universaltibbi təminatın təşkilinə də müsbət təkan verəcək.

Layihə çərçivəsində sözügedən sahə üzrə kadr potensialınıngücləndirilməsi, ilkin səhiyyə xidməti göstərən müəssisələrinəhalinin sağlamlıq ehtiyaclarına uyğun olaraq ölkə üzrəoptimallaşdırılması, infrastrukturun təkmilləşdirilməsi ilə bağlımüvafiq planların hazırlanması nəzərdə tutulub.

Həmçinin ilkin səhiyyə xidmətləri çərçivəsində göstəriləcəktibbi, profilaktik, maarifləndirmə xidmətlərinin çeşidinin,keyfiyyətinin artırılması və bu sahəyə ayrılan maliyyəvəsaitlərinin xidmətlərin çeşidinə uyğun tənzimlənməsiplanlaşdırılır. Eyni zamanda səhiyyə sahəsində ilkin səhiyyəxidmətlərinə, o cümlədən profilaktikaya yönəlik strateji satınalmavə yeni maliyyələşmə metodlarının tətbiqi, tibb mütəxəssisləri üçünhəvəsləndirici maliyyələşmə sisteminin qurulması da layihəçərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.

Qeyd edək ki, ilkin səhiyyə xidməti ilkin tibbi-sanitariyayardımının əsasını təşkil edir və xəstəliklərin qarşısınınalınması, ilkin diaqnostikası, müalicəsi, tibbi reabilitasiya,hamiləliyin müşahidəsi, sağlam həyat tərzinin formalaşdırılması vəəhalinin səhiyyə maarifləndirilməsi üzrə fəaliyyətləri əhatə edir.İlkin səhiyyə xidməti ailə həkimi, sahə həkimi-terapevt, sahəhəkimi-pediatr və ehtiyaclara uyğun olaraq bir sıra dar ixtisaslıhəkimlər, habelə müvafiq orta tibb heyəti tərəfindən həyatakeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
13
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla