AZ

Elektrikli Lüks Kupe SUV “IM LS6” artıq Azərbaycanda!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Çinin ən böyük avtomobil istehsalçısı “SAIC Motor”, “Alibaba Group” və “Zhangjiang Hi-Tech” şirkətlərinin tərəfdaşlığı ilə istehsal olunan “IM Motors” markalı avtomobillərin rəsmi idxalçısı olan “ONVOLT MMC” Azərbaycanda yeni “IM LS6” elektromobilini təqdim edir.

 “IM LS6” 4904 x 1988 x 1669 mm ölçülərə malik elektrik krossoveridir. Konfiqurasiyadan asılı olaraq onun gücü 314-787 at gücünə qədər, məsafə diapazonu isə 560-760 km arasında dəyişir. Avtomobillərə 4 il və ya 100.000 km, batareyaya isə 8 il və ya 200.000 km rəsmi zəmanət verilir. Bu avtomobil “Continental” brendinə aid əyləc sisteminə malikdir və dünyada bir nömrə hesab olunan “CATL” şirkətinin batareyası ilə təchiz olunub.

Yeni – “IM LS6” modeli, artıq istifadəçilər arasında məşhurlaşan “IM LS7” modelindən fərqli olaraq, daha kompakt ölçülərə malikdir və lüks SUV kupe seqmentinə məxsusdur.

Qeyd edək ki, “IM LS6”-nın “Nappa” dərisi və ağac işləmələri ilə dizayn olunmuş salonu xüsusilə avtomobil həvəskarlarının marağına səbəb olacaq. Bu avtomobili 39700 ABŞ dollarından başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Əlavə məlumat üçün +994 99 440 0007 nömrəsi ilə əlaqə saxlaya və ya b yerləşən “Skywell” satış mərkəzimizə yaxınlaşa bilərsiniz.

IM LS6IM Motorselektromobil
Seçilən
93
3
1

1Mənbələr

Şərh ()
Bağla