AZ

Rusiya müdafiə nazirinin müavini saxlanıldı - SƏBƏB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.


Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Timur İvanov 2016-cı ilin mayında Rusiya prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib. Bundan əvvəl o, 2013-2016-cı illərdə Müdafiə Nazirliyinin tabeliyində olan “Oboronstroy”un baş direktoru olub. Şirkət hərbçilər üçün yaşayış binalarının, eləcə də sosial əhəmiyyətli və strateji hərbi obyektlərin tikintisi üzrə ixtisaslaşıb. 2012-2013-cü illərdə Timur İvanov Moskva vilayəti hökuməti sədrinin müavini olub.

Timur İvanov 2018-ci ildə 136,7 milyon rubl ailə gəliri ilə Forbes jurnalının "Rusiyanın ən zəngin təhlükəsizlik qüvvələri - 2019" reytinqinə daxil edilib.


Seçilən
49
44
Mənbələr
Şərh ()
Bağla