AZ

“Azərreyl” çempion oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.


Qaynarinfo xəbər verir ki, həlledici matçda "Azərreyl” "Abşeron”la üz-üzə gəlib. Bakı İdman Sarayındakı qarşılaşma "Azərreyl”in 3:1 (25:13, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.


Bununla da "Azərreyl” 2023/2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.


Qeyd edək ki, ötən gün "Azərreyl”in kişilərdən ibarət komandası finalda "Murov Az Terminal”ı (3:2) məğlub edərək ölkə çempionu olmağı bacarıb.


Əlavə edək ki, qadınların Yüksək Liqasında bürünc medalları "Gəncə”yə 3:0 hesabı ilə qalib gələn "Murov Az Terminal” əldə edib.



Seçilən
68
8
Mənbələr
Şərh ()
Bağla