AZ

3 ölkə Ermənistanı Azərbaycana qarşı silahlandırır - Prezident

Fransa,Hindistan və Yunanıstan Ermənistanı silahlandırır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.


Azərbaycan üç ölkənin Ermənistanı Bakıya qarşı silahlandırmasını gözləməyəcək . Fransa , Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır və bunu açıq və nümayişkaranə şəkildə bunu edir.Biz boş otura bilmərik”, - Əliyev vurğulayıb.

O qeyd edib ki, Bakı bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və "bu gün Ermənistana narahatlıq nümayiş etdirməyə çalışan” tərəflərə çatdırıb.

Prezident əlavə edib ki, Azərbaycan "özü üçün ciddi təhlükə görərsə” "ciddi tədbirlər görməyə” məcbur olacaq.

Prezident İlham Əliyev aprelin 23-də Bakıda keçirilən beynəlxalq konfransda deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin necə olması barədə ümumi anlayış var, qalan şey detalları işləyib hazırlamaqdır.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
anews.az

10Mənbələr