AZ

Rusiya XİN-dən Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

Rusiya Qərb ölkələrindən fərqli olaraq, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsinə çalışır.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviq edilməsi haqqında” mövzusunda keçirilən iclası ilə bağlı mətbuata açıqlamasında deyilir.

Bəyanatda bildirilir ki, kollektiv Qərb ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdləri çərçivəsində Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar:

“Qərb Ukraynanın ardınca postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda sabitliyi pozmağa, Rusiyanı bu ölkələrlə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışır. Rusiya çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insani təmaslarla bağlı olduğu regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirəcək”, – Rusiya XİN-in bəyanatında vurğulanır.

Sənəddə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər toplusunun tam şəkildə həyata keçirilməsi, o cümlədən Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirilməsinin zəruriliyi qeyd edilir.

Həmçinin bölgənin üzləşdiyi problemlərin, ilk növbədə, region liderlərinin öz səyləri ilə, kənar müdaxilələr olmadan həlli naminə “3+3” regional məsləhətçi platformasının potensialından istifadənin vacibliyinə diqqət çəkilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23095
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12636
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8519
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5621
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5547
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5435
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3945
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3605
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3520
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3291
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3159
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2953
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2698
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2554
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2455
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2142