AZ

Lavrovun sədrliyi ilə Cənubi Qafqazda Moskvanın maraqları mövzusunda kollegiya iclası keçirilib

Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə nazirliyin “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviqi” mövzusunda kollegiya iclası keçirilib...APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.Bildirilib ki, kollegiya iclasında “Rusiyanı strateji məğlubiyyətə uğratmaq” naminə Ukraynanın ardınca “kollektiv Qərb”in postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti destabilləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışdığı vurğulanıb.Qeyd olunub ki, sırf “sıfır məbləğli oyunlar” məntiqi ilə idarə olunan qərblilərdən fərqli olaraq, Rusiya üçün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi həmişə prioritet olub və belə də qalır."Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insan təmasları ilə birləşdirən regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək", - nazir bildirib.Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər kompleksinin tam yerinə yetirilməsi, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, Ermənistan-Azərbaycan sərhəddinin delimitasiyası və regionda nəqliyyat kommunikasiyalarının açılması üçün səylərin davam etdirilməsi zəruri hesab edilib.Abxaziya, Gürcüstan və Cənubi Osetiyanın iştirakı ilə Cənubi Qafqaz üzrə Beynəlxalq Cenevrə Müzakirələri çərçivəsində Rusiya gücdən istifadə etməməyə dair etibarlı razılaşmaların əldə edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.Regionun üzləşdiyi problemlərin həlli maraqları naminə onun əlaqələrinin və özünü təmin etməsinin gücləndirilməsi vəzifələri, ilk növbədə, kənar müdaxilə olmadan region liderlərinin öz səyləri ilə nəzərdən keçirilir. Bu kontekstdə “3+3” Məşvərətçi Regional Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə əməli addımlar müəyyən edilib", deyə Rusiya Xarici Siyasət İdarəsinin yaydığı məlumatda qeyd olunub.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23974
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13354
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10917
Helikopter qəzası ilə bağlı yeni xəbər
6640
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5715
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4831
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4785
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3905
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3744
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3600
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3493
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2768
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543