AZ

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Aprelin 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a bildirilib ki, Azərbaycan parlamentinin komitə sədri Səməd Seyidov bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzairin oxşar tarixi, müstəqillik yolu barədə fikirlərini bölüşüb. O, diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş və dünya miqyasında sözünü deyə bilən ölkədir. S.Seyidov ölkələrimizin Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından danışıb, Əlcəzairin həmişə Azərbaycanın haqq işini dəstəkləməsindən məmnunluğunu bildirib.

Söhbət zamanı komitə sədri Fransanın neokolonializm siyasəti, Ermənistanla Azərbaycan arasında sülh prosesinin gedişi, ölkəmizin Əlcəzairlə parlamentlərarası, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset ölkələr arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, hələ sovetlər dönəmində Əlcəzairin Azərbaycanla yaxşı münasibətləri olub və diplomatik əlaqələrimizin qurulmasından ötən 30 il ərzində bu münasibətlər daha da inkişaf edib. O bildirib ki, ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığı məmnunluq doğurur. Söhbət zamanı qonaq iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi imkanları barədə fikirlərini açıqlayıb.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23325
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12796
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9293
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5580
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5465
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3994
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3649
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3585
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3378
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3274
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2989
Helikopter qəzası ilə bağlı yeni xəbər
2917
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2722
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2598
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2484
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263