AZ

Bu il elektromobil satışları artacaq - Beynəlxalq Enerji Agentliyi

Bakı. Trend:

2024-cü ildə elektromobil satışlarınin 20 faizdən çox artaraq 17milyona çatacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə proqnoz Beynəlxalq EnerjiAgentliyinin (BEA) illik sənaye hesabatında yer alıb.

Məlumata görə, cari ilin ilk rübündə elektromobil satışlarıillik ifadədə təxminən 25 faiz artıb.

Hesabatda, həmçinin, 2024-cü ildə elektromobillərin ümumiavtomobil satışlarındakı payının təxminən 20 faizə, 2035-ci ilədəkisə 65 faizə çatacağı bildirilir. Eyni zamanda elektrik mühərrikiilə çalışan avtomobil satışlarının bu il Çində 45 faiz, Avropada 25faiz, ABŞ-da isə 11 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

“Financial Times” qəzetinin məlumatına görə, avtomobilistehsalçıları yüksək qiymətlər və enerji doldurma stansiyalarınınazlığı səbəbindən elektromobillərə marağın qismən azaldığınıdeyirlər.

Dünyanın iki ən böyük elektromobil istehsalçı olan Tesla və BYDbu ilin ilk rübündə satışların 2023-cü ilin oktyabr-dekabr aylarıilə müqayisədə azaldığını təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
Mənbələr
Şərh ()
Bağla