AZ

İranda hicab gərginliyi: Şəriət qaydaları sərtləşdirildi

İran rejimi ölkə daxilində müxaliflərə qarşı repressiyaya başlamaq üçün İsrailə hava hücumundan bəhanə kimi istifadə edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Times of Israel" yazır.

Nəşr bildirir ki, İranın İsrailə qarşı ilk birbaşa hücum etdiyi gün molla rejimi daxildə müxaliflər və qadınlara qarşı tədbirləri sərtləşdirilməyə başlayıb:

"Həmin gün bir neçə şəhərdə polis sərt şəriət geyim qaydalarını pozmaqda ittiham olunan qadınları həbs etmək üçün küçələrə çıxmağa çağırılıb.

İran hakimiyyəti israr edir ki, qondarma "Nur" ("İşıq") kampaniyası hicab qanununu pozan dairələr və fərdləri hədəfə alır və ictimai yerlərdə örtülü qadınların sayının artmasına qəzəblənən dindar vətəndaşların tələblərinə cavab məqsədi daşıyır. Amma fəallar və bəzi siyasətçilər deyirlər ki, bu saxta kampaniya təkcə məcburi hicabın tətbiqinə yox, həm də hazırkı həssas durumda dini liderlərə qarşı fikir ayrılığının genişlənməsinin qarşısını almaq məqsədi güdür.

İranın şəriəti və ya dini qanunlarına görə, qadınlar saçlarını örtmək və uzun, qapalı paltar geyinmək məcburiyyətindədir. Qanunu pozanları ictimai qınaq, cərimə və ya həbs gözləyir.

Aprelin 13-də İranın İsrailə PUA və raket hücumu baş verərkən, Tehranın polis rəisi Abbasəli Məhəmmədiyan dövlət televiziyasında "yeni kampaniya"nı elan edib.

"Bu gündən etibarən Tehran və digər şəhərlərdə polis hicab qanununu pozanlara qarşı tədbirlər görəcək", - Məhəmmədiyan deyib.

Bundan sonra çoxlu sayda polis paytaxt və digər şəhərlərin küçələrində görünməyə başlayıb.

Sosial media istifadəçiləri Tehranda "əxlaq polisi"nin düzgün geyinmədiyi iddia edilən qadınları zorakılıqla saxlaması, o cümlədən mülki geyimli təhlükəsizlik qüvvələrinin gənc qadınları polis avtobuslarına sürüklədiyi videoları yayımlayıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23559
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13076
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10025
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5671
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5504
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4714
Rəisi öldü, Pakistanda matəm elan edildi
4079
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3709
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3639
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3438
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3360
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3036
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2816
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2741
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2650
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2503