AZ

Ramiz Taxvelinin ölüm səbəbi məlum oldu — MƏHKƏMƏ

Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən və bir müddət əvvəl müalicə aldığı xəstəxanada vəfat edən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Taxvelinin ölümü ilə bağlı dayandırılmış cinayət işi yenidən təzələnib. 

Məhkəmədə məlum olub ki, Ramiz Taxvelinin hüquqi varisi qismində anası tanınıb. Anası Gülarə Məmmədova məhkəməyə ərizə göndərib. O, bu işdə hüquqi varisi qismində tanınmasını istəyib. Amma prosesdə iştirak etmək istəmədyəiyi qeyd edib. O, bu işlə bağlı narahat edilməməsini xahiş edib. 

Hakim bildirib ki, Ramiz Taxveli bu ilin aprelin 3-də müalicə aldığı 1 saylı Ruhi-Əsəb Dispanserinndı ürəyin işemik xəstəliyindən vəfat edib. 

Hakim bildirib ki, Ramiz Taxvelinin vıdəfat etməsi ilə bağlı məhkəmə istintaqının təzələnməsi təklif edilir. Prokuror və təqsirləndirilən mərhumun vəkili, həmçini hüquqi vadisin nümayəndəsinin vəkili məhkəmə istintaqının təzələnməsinı, ilin araşdırılmasına etiraz etməyiblər.

Hakimlər məhkəmə istintaqının yenidən təzələnməsi barədə qərar qəbul edib. Məhkəmə baxışı mayın 14-ə təyin edilib.

Qeyd edək ki, 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Ekspertizanın rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqsız olub. Buna görə də o, müalicə alması üçün 1 saylı Ruhi-Əsəb Dispanserinə göndərilib. 

Ramiz Taxveli bu ilin aprelində müalicə aldığı xəstəxanada vəfat edib. 

İttihama görə, 2018-ci il dekabrın 9-da Nəsimi rayonu, R.Behbudov küçəsində yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. Ramiz Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

İstintaq sənədlərinə görə, Ramiz Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib.

O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb.

Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb və analarını çağırsalar da, Ramiz Taxveli buna əhəmiyyət verməyib.

Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.

Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art-direktorudur. O, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Qətlə yetirilən Adelya Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

İstintaq orqanı tərəfindən Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7577
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4865
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4659
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4427
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2946
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2700
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2664
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2594
Sabah 20 dərəcə isti olacaq
2581
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2258
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2170
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1659
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579