AZ

MŞ İdarə Heyətinin üzvü Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb - FOTO

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət aprelin 22-də İstanbulda nüfuzlu Fetisov Jurnalistika Mükafatlarının 5-ci təqdimatında iştirak edib. Mükafatların təsisçisi, iş adamı, filantrop Gleb Fetisovun da qatıldığı toplantı böyük coşğu ilə müşayiət edilib.Qeyd edək ki, A.Həsrət artıq üçüncü ildir ki, sözügedən mükafatlar üzrə Ekspert Şurasında təmsil olunur. Onunla bərabər dünyanın müxtəlif ölkəsindən beynəlxalq səviyyədə tanınan təcrübəli ekspertlər də Şurada fəaliyyət göstərirlər.Mükafatlar ildə bir dəfə dünyanın hər tərəfindən yarışa qatılan jurnalistlər arasından ən yaxşılara verilir. Bu dəfə 96 ölkədən 400-dək yazıya dörd (“diqqətədəyər araşdırma jurnalistikası”, “sülhə diqqətədəyər töhfə”, “vətəndaş hüquqlarına töhfə” və “ərtaf mühit jurnalistikasında mükəmməllik”) istiqamət üzrə nəzər salınıb. Yazıları ilkin mərhələdə Ekspert Şurası dəyərləndirib, seçim edib. Bundan sonra Münsiflər Heyəti son qərarı verib.Yazılardan 4-ü qeyd edilən istiqamətlər üzrə 1-ci, daha 4-ü 2-ci, əlavə 4-ü isə 3-cü yerə layiq görülməklə ümumilikdə 12 yazı qalib elan edilib. 3-cü yer üçün 10 min, 2-ci yer üçün 20 min, 1-ci yer üçün 100 min İsveçrə frankı məbləğində mükafat verilib.Onu da bildiririk ki, Fetisov Jurnalistika Mükafatları dünya jurnalistika mükafatları arasında ən yüksək pul məbləğinə malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23229
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12709
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8954
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5569
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5446
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3974
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3614
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3538
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3335
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3211
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2967
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2700
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2557
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2477
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2143