AZ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Şamaxı, 23 aprel, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxıya yağan leysan bəzi fəsadlar törədib.

Yerli sakinlər AZƏRTAC-ın əməkdaşına bildiriblər ki, yağan yağışdan sonra dağlardan gələn sel sularının Şamaxı-Priqulu avtomobil yoluna çıxması nəticəsində avtomobillərin hərəkətində bir müddət çətinlik yaranıb.

Yağış səbəbindən rayonun Əngərxan və Çuxuryurd kəndlərində vətəndaşlara məxsus meyvə bağlarını, əkin sahələrini, həmçinin həyətləri, evləri, yardımçı tikililəri su basıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
azertag.az

2Mənbələr