AZ

“Təpənə dəysin sənin mitinqin!” — Deputatdan AXCP sədrinə güllə kimi sözlər...

Mən indiyə qədər elə bilirdim, Əli Kərimlinin yanındakı adamın, Fuadın soyadı Qəhrəmanlıdır. Amma yenicə məlumatlandım ki, yox, demə Əəhrəmanlı imiş.

İnanmayanlar “Azadlıq” qəzetinin feysbuk səhifəsinə baxa bilərlər. Hətta fotoları da təqdim edəcəm ki, şübhə yeri qalmasın.

Əlqərəz, bu Əəhrəmanlı öz növbəti müəllif yazısında anonsunu verdikləri 5 may mitinqindən bir xeyli dəm vurub, uzun-uzadı demokratik dəyərlərdən danışıb. Və axırda da dözməyib, millilik mövzusuna qədər böyük bir yol qət edib.

Əvvəla, ondan başlayım ki, məlum yazı Əli Kərimlinin qələminin məhsuludur. Çünki dəsti-xətt açıq hiss olunur. Sadəcə adam niyəsə düşünüb ki, həmin cızmaqaranı Əəhrəmanlının adından yayımlasın.

Ona görə də cavabımı elə AXCP sədrinə verəcəm.

Birincisi. Əgər sənin təsəvvüründə millilik anlayışı bütün günü Paşinyanı, Makronu, Şvabeni təbliğ etməkdirsə, o zaman əmin ol ki, ya tamam şizofreniksən, ya da özünü axmaq yerinə qoymusan.

İkincisi. Hamı bilir ki, tərəfindən gündəmə gətirilən mitinq mövzusu birbaşa xaricdəki anti-Azərbaycan qüvvələrinin, bəlli dövlətlərin sifarişidir və sən də “poçtalyonluq” eləməyə, satılmağa, əl buyruğu olmağa ona görə razılaşmısan ki, həmin şərəfsiz missiyaların hər biri  xislətinə, xarakterinə, mahiyyətinə tam uyğundur. Daha dəqiq desəm: satılmaq sənin işindir, peşəndir, həyat kredondur, prioritetindir. Sən satılmayanda boğulursan, nəyinsə çatmır, bədəndə qanın donur, metobolizmin azalır, ayaqların yer almır, ürək ritmin tənzimlənmir. Sən satılmadan yaşaya bilmirsən!

Üçüncüsü. Demokratiyadan bol-bol danışırsan, amma öz təşkilatında bircə alternativ fikrə yer qoymamısan. Həmin fikri söyləməyə cəhd edəni isə ya Partiyandan dərhal çıxdaş edirsən, ya şərləyirsən, ya da verirsən qaraguruhun ağzına. Onlar da çeynə ha çeynəyirlər.  Qurbanlıq kimi göstərdiyini cırmaqlaya-cırmaqlaya didirlər. Ona görə də demokratiya sözünü dilinə gətirərkən ilk öncə öz ətrafında yaratdığın “gilyotin” rejiminə bax və sonra utan, yerin dibinə gir, bu barədə nəsə danışmağa abır elə.

Dördüncüsü. Haqdan-ədalətdən dəm vurursan. Sən! Əli Kərimli! Liderini satan adam! Ətrafındakı insanları hər cür cinayətə təhrik edən adam! Gültəkin kimi satqınlardan, riyakarlardan özünə siyasi istehkam düzəldən adam! Hikkəsini, qara ambisiyasını, yaramaz niyyətini reallaşdırmaq üçün hər cür şərəfsizliyə imza atmağı gözə alan adam!

*

Təpənə dəysin sənin mitinqin. Düşmənə cavab vermək lazım olanda, partiyalar birləşib erməni vandalizminə qarşı bəyanat imzalayanda, siyasi qüvvələr milli birlik nümayiş etdirəndə yoxa çıxırsan, qeybə çəkilirsən. Amma ara qarışdırmaq, sabitliyi pozmaq, su bulandırmaq, erməni dəyirmanına su tökmək üçün bir cansan!

Bunun adı bilirsənmi nədir, bəy? Gədəlik. Kardaşyanlıq. Binamusluq!

Ya da üçü bir yerdə. Tək kəlmə ilə: ƏLİKƏRİMLİLİK!




Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
22256
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12225
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6855
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5478
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5387
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3856
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3473
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3315
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3164
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2933
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2898
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2688
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2482
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2401
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2037
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2001