AZ

AVRO-2024-ə təyinat alanlar bilindi - siyahıda türk də var

AVRO-2024-ü idarə edəcək hakimlərin adı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, 18 nəfərin adı yer alıb.

Fransa, İngiltərə, İtaliya və Almaniya turnirdə iki hakimlə təmsil olunacaq.

Avropa çempionatında ədaləti qoruyacaq hakimlər:

Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksye, Klement Turpin (hər ikisi Fransa), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nuberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Siebert, Felik Tsvayer (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).

Almaniyada baş tutacaq qitə çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
5
futbolpress.az

10Mənbələr