AZ

“Tesla” yenə gündəmdə: avtonom sürücülük proqramının qiymətini endirdi

“Tesla” bu dəfə avtonom sürücülük proqramları ilə bağlı verdiyi qərarla gündəm olub.

Avtosfer.az xəbər verir ki, “Full Self-Driving” (FSD) adlı proqram təminatının qiymətində ciddi endirim olacağı bildirilib.

Belə ki, proqram təminatının daha əlçatan olacağı və daha çox avtomobildə istifadə olunacağı gözlənilir. Bu günə qədər Amerika və Kanada bazarlarında təxminən 12 min dollara satılan FSD, 4 min dollar endirimlə 8 min dollar yeni qiymət etiketi ilə rəsmi olaraq satışa çıxarılacaq.

Son zamanlar bir çox modellərində qiymətlərdə ciddi endirimlər edən şirkət daha çox istifadəçini cəlb etməyi hədəfləyir. Elektrikli avtomobil sənayesində tələbatın azalması və bir çox rəqib brendlərin meydana çıxması da bu qərarın qəbul edilməsində kritik faktor kimi diqqəti çəkir. Davamlı olaraq inkişaf etdirilən FSD tam avtonom sürmə vəd etməsə də, rahatlıq baxımından daha yaxşı təcrübə təqdim edir.

Qeyd edək ki, son zamanlar xoşagəlməz qəzalarla gündəmə gələn avtonom idarəetmə texnologiyasının bu endirimlə əvvəlki populyarlığını bərpa edə biləcəyi düşünülür.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
avtosfer.az

2Mənbələr