AZ

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Ümid edirəm ki, Ermənistan özünü qaranlıq gələcəyə məhkum edən diasporun əsarətindən xilas olacaq və aydın sabahlara köklənəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri İraq səfəri zamanı onu müşayiət edən jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Türkiyə lideri bildirib ki, regionda artıq yeni reallıqlar formalaşıb. “Əsassız klişeləri bir kənara qoymağın vaxtı çoxdan gəlib çatıb, keçməkdədir. Günümüzün reallıqları nəzərə alınaraq hərəkət edilməlidir. Belə mövqe həqiqəti əks etdirməyən qondarma tarixi nağıllara əsaslanmaqdan daha yaxşıdır”, - deyə Prezident Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan da artıq bu həqiqəti başa düşür.

“Tarixi prosesləri və hadisələri tarixçilər araşdırmalıdır. Türkiyə olaraq prosesin başlanğıcından bəri çox açıq mövqe nümayiş etdirdik, arxivlərimizi açmaya hazır olduğumizu bəyan etdik. Belə də oldu. Arxivlərimiz açıqdır”, - deyən Türkiyə prezidenti əlaqələrin inkişafı baxımından reallıq zəminində yeni bir yol xəritəsi formalaşdırmaq vaxtının yetişdiyini bildirib.

Ərdoğan Ermənistan rəhbərliyinin “aydın gələcək yolunu” seçəcəyinı ümid etdiyini vurğulayaraq deyib: “Fürsət qapıları sonsuza qədər açıq qala bilməz. Bu vaxtı düzgün dəyərləndirmər lazımdır”.

Türkiyə lideri qeyd edib ki, rəsmi Yerevanın mövqeyinə erməni diasporu ilə yanaşı, bir çox təxribatçı güclər də təsir etmək istəyir.

“Bütün bunlardan xəbərdarıq. Biz də vaxtaşırı olaraq xəbərdarlıqlar etdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar”, - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
44

1Mənbələr

Şərh ()
Bağla