AZ

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

“Prezident

Bakı, 23 aprel, AZƏRTAC

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatası keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildiriblər ki, aprelin 30-dan mayın 3-dək davam edəcək marafona 20-dən çox ölkədən olan komandalar qatılacaq. Yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan avarçəkənləri qüvvələrini sınayacaqlar.

Reqatanın rəsmi paradı aprelin 30-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. Parad saat 12:00-da başlayacaq. “Prezident Kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar mayın 1-də tarixi torpağımız Suqovuşanda baş tutacaq. Suqovuşan su anbarında 200 və 500 metr məsafəyə kayak-kanoe yarışları olacaq. Reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaqlar. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq.

Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
22291
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12236
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6896
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5478
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5390
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3860
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3473
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3317
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3164
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2933
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2898
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2688
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2484
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2401
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2037
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2005