AZ

İcma Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınadı

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində iştirak edib.

 

İcmadan Modern.az bildirilib ki, tədbirdə çıxışı zamanı Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının gündəliyində dayanan məsələlərin məhz insan hüquqları ilə bağlı olduğunu, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquqa əsasən geri qayıdış hüququna malik olduqlarını vurğulayıb.

 

Kamal Cəfərov azərbaycanlıların Ermənistandan bir neçə mərhələdə qovulduğunu bildirərək 1987-1991-ci illərdəki son deportasiya zamanı 300 min azərbaycanlının Ermənistan ərazisindən zorla çıxarıldığını qeyd edib. İcmanın nümayəndəsi Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı beynəlxalq humanitar hüququn çoxsaylı pozuntusunun törədildiyini bildirib. O, ATƏT-i və vətəndaş cəmiyyətlərini soydaşlarımızın geri qayıdış hüququnu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Ermənistan tərəfi bu dəfə də təxribata əl ataraq Qərbi Azərbaycan İcmasının nümayəndəsinin tədbirdə iştirakına mane olmağa cəhd göstərib. Lakin buna nail ola bilmədikləri üçün tədbiri tərk ediblər.

Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayır və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu və Media Azadlığı üzrə nümayəndəsini Ermənistanın bu kimi hərəkətlərinə qiymət verməyə çağırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23909
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13298
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10744
Helikopter qəzası ilə bağlı yeni xəbər
6298
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5715
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4685
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4638
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3900
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3732
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3579
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3485
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2914
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2767
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2540